22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Tarix: 03-03-2023 00:53 | Bölmə: Cəmiyyət


Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Sabaha-inamla.az-a Zaqatala rayon prokurorluğundan bildirilib.
Bildirilib ki, Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər