22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sudan qanunsuz istifadəyə şərait yaradan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib
Tarix: 03-03-2023 00:09 | Bölmə: Cəmiyyət


“Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildirblər.
Qeyd olunub ki, istintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər