22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Burbok Ukrayna ilə bağlı tələblərinə görə tənqid edilib
Tarix: 02-03-2023 21:22 | Bölmə: Cəmiyyət


Almaniyanın xarici işlər naziri Annalena Burbok Almaniyanın “Die Welt” qəzetinin oxucuları tərəfindən tənqid atəşinə tutulub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb onun G20-nin sessiyasında Ukraynadakı münaqişəyə son qoyulması tələbi ilə Sergey Lavrova müraciəti olub.
Almaniya və Rusiya xarici işlər nazirləri arasında qısa dialoq Almaniyaya da təsirsiz ötüşməyib.
“Rusiya ilə bağlı keçmiş bəyanatlarından sonra o, Ukrayna münaqişəsində vasitəçilik edə bilməz”, - şərhçilərdən biri yazıb.
“Burbok əslində Lavrova sülh planı təklif etmək əvəzinə, sadəcə boş tələblər irəli sürür”, – başqa biri deyib.
“Almaniya xarici işlər naziri diplomatiya əvəzinə piarla məşğuldur”, üçüncüsü qəzəbləndi.
"O, özünü dalana dirədi. Təəssüflər olsun ki, diplomatiya yolu ilə real dəyişikliklərə nail olmaq əvəzinə, ancaq boş-boş çıxışlar edə bilir", - başqa bir oxucu öz fikrini bölüşüb.
"O, yanlış ünvana müraciət edir" deyə oxucu yekunlaşdırıb.
RİA Novosti xatırladır ki, Annalena Burbok ilk dəfə deyil ki, yöndəmsiz vəziyyətlərə düşür və bundan sonra tənqidlərin böyük bir hissəsini alır. Bu yaxınlarda Münhendə o, deyib ki, Moskva “sivil ölkələr” ailəsinə qayıtmaq istəyirsə, siyasətini “360 dərəcə” ətrafında çevirməlidir.
Bundan əvvəl AŞPA-nın iclasında Burbok açıq şəkildə bəyan etmişdi ki, Avropa ölkələri “Rusiyaya qarşı müharibə aparır”. Bu etiraf Almaniya Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən təkzib edilməli idi.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər