22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mülki Müdafiə Günü 142 nömrəli məktəbdə qeyd olundu
Tarix: 01-03-2023 23:13 | Bölmə: Cəmiyyət


1 Mart- Beynəlxalq Mülki Müdafiə Günü Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə qeyd olundu.
Sabaha-inamla.az xəbər verir ki, tədbiri məktəbin direktoru Gülnaz Abdullayeva açaraq bu günün Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972 - ci ildən keçirildiyini qeyd etdi.Azərbaycan Respublikası da 1995- ci ildən bu təşkilatın üzvüdür.
Daha sonra G.Abdullayeva Ümumdünya Mülki Müdafiə Günün mövzusunu elan etdi: " Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu."
Mülki Müdafiə " Həyəcan" siqnalının verilməsindən sonra şagirdlərin evakuasiya olunması ilə başladı.
Mülki Müdafiə cihazlarının köməyi ilə , " yanğın" söndürürüldü.

"Yaralılara" tibb işçilərinin köməyi ilə ilkin tibbi yardım göstərildi.
Məktəbin 4a sinfində MM aid dərslər keçirildi.














Baxış sayı: 452


Bölməyə aid digər xəbərlər