22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Media səhifələrində “Tərtər işi” ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb
Tarix: 01-03-2023 19:18 | Bölmə: Cəmiyyət


Bəzi sosial media səhifələrində şərti olaraq “Tərtər işi” adlandırlan cinayət işinə dair həqiqətə uyğun olmayan informasiyalar yayılıb.
Bu barədə Baş prokurorluqdan Sabaha-inamla.az-a məlumat verilib.
Paylaşılan məlumatlarda istintaq olunmuş 3 cinayət işi üzrə zərərçəkmiş şəxslərin sayı 700 nəfər göstərilsə də, bildiririk ki, həmin hadisələrə dair 2 cinayət işi üzrə 452 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edilən cinayət işləri üzrə 9 nəfər təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib, istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş digər şəxslər və cinayət xarakterli xüsusatlar üzrə cinayət təqibi davam etdirilir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən dövlət qurumları ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər