Bütün xəbərlər
Mama-ginekoloqun barəsində cinayət işi başlanıb
Tarix: 28-02-2023 16:26 | Bölmə: Cəmiyyət


“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb