20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Barda DJ-in başına butulka ilə zərbə endirib.
Tarix: 28-02-2023 23:05 | Bölmə: Cəmiyyət

Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, hüquq-mühafizə orqanları Volqoqradda gecə klubunda DJ-ə hücum faktı ilə bağlı cinayət işi açıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 44 yaşlı yerli sakin olub. O, sərxoş vəziyyətdə şüşə butulka ilə 28 yaşlı DJ-in başına zərbələr endirib. Hadisəni törədən şəxs törətdiyi cinayəti etiraf edib. O qeyd edib ki, gecə klubu əməkdaşının ifa etdiyi musiqini bəyənməyib. Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə faktı ilə bağlı araşdırmalara başlanılıb.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər