Bütün xəbərlər
Türkiyədə zəlzələ nəticəsində çökən binalara görə 600-dən çox adam istintaq altındadır
Tarix: 25-02-2023 21:58 | Bölmə: Cəmiyyət

Türkiyədə güclü zəlzələ nəticəsində ölkənin müxtəlif şəhərlərində binaların uçması ilə bağlı hazırda 600-dən çox adam istintaq altındadır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu rəqəm şənbə günü "Associated Press" tərəfindən açıqlanıb.
Agentlik qeyd edir ki, bütün bu insanlar hansısa şəkildə uçan binalarla bağlıdır. İstintaq altında olanlar arasında 182 nəfər məhkəməyə qədər həbs edilib. Bunlar inşaatçılar, eləcə də binaların sahibləri və ya idarəçiləridir.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, yoxlamalar davam edir və bəzi hallarda evlərin uçduğu yerlərdə yeni dəlillərin tapılması cinayət təhqiqatı üçün əsasdır.
Mütəxəssislər hesab edir ki, zəlzələdən sonra uçan binaların çoxu keyfiyyətsiz tikinti materiallarından istifadə olunmaqla tikilə bilərdi və dövlət standartlarına uyğun gəlmirdi.
Fevralın 6-da baş verən 7,8 bal gücündə zəlzələ 48 minə yaxın insanın həyatına son qoyub.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb