22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Çitalı alpinist Elbrusda ölüb
Tarix: 25-02-2023 21:50 | Bölmə: Cəmiyyət

Çitadan olan alpinist Kabardin-Balkarda Elbrus dağına qalxarkən ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin KBR üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə Moskva vaxtı ilə saat 14:12-də məlumat verilib. 1964-cü il təvəllüdlü kişi 4800 metr hündürlükdə ölüb. Səbəbin infarkt olduğu güman edilir.
Qrup beş nəfərdən ibarət idi. Xilasedicilər təxliyyə yerinə göndərilib.
Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq Komitəsi hadisə faktı ilə bağlı araşdırma apardıqlarını, mərhumun meyitinə məhkəmə-tibbi ekspertizası təyin olunduğunu bildirib.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər