22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin yekun konfransı
Tarix: 24-02-2023 12:48 | Bölmə: Cəmiyyət


Fevralın 22-də Avropa Şurası tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin yekun konfransı və “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı keçirilib.
Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə  tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Əsəd Əliyev, həmin idarənin böyük prokuroru Babək Zakirzadə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Zəminə Əliyeva və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Azad Əliyev təmsil edib.
  Avropa Şurasının Bakıdakı Ofisi tərəfindən layihə haqqında mühüm məlumatlar diqqətə çatdırmaqla, ölkəmizin səlahiyyətli orqanlarına dəstək olmaq məqsədilə hesabatın daxili qanunvericilik və siyasət bazasına dair beynəlxalq standartlarına uyğunlaşdırılmaqla hazırlanması, eləcə də, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əsas məqsədinə uyğun olması barədə geniş məlumat verilib.
  Konfransda mühafizə orderlərinin tətbiqi ilə bağlı aktual problemlərə dair fikir mübadiləsi aparılıb, əlaqələndirilmiş fəaliyyətin və operativ tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanmaqla layihənin növbəti mərhələsi müzakirə edilib.

Sabaha-inamla.az




Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər