22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Müəllimlərin maaşları artırıldı-Prezident sərəncamı
Tarix: 23-02-2023 17:16 | Bölmə: Cəmiyyət


 Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

Sabaha-inamla.az xəbər verir ki, Sərəncama əsasən,Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezidentin digər Sərəncamına əsasən isə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
 






Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər