22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Tapança gəzdirən şəxs saxlanılıb
Tarix: 22-02-2023 12:46 | Bölmə: Cəmiyyət


Daxili İşlər Nazirliyindən Sabaha-inamla.az-a verilən məlumata görə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Əməliyyat zamanı tutulan Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər