22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Kubanda batmış yük gəmisinin heyəti sahilə çıxarılıb
Tarix: 21-02-2023 20:35 | Bölmə: Cəmiyyət


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kuban sahillərində parçalanaraq batmış “Seamark” quru yük gəmisinin ekipajı sahilə çatdırılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Komor adaları bayrağı altında üzən gəmi lövbər saldığı Kabardinka sahillərində şiddətli fırtına zamanı sıradan çıxıb. Gəmidə 11 rusiyalı dənizçi olub, onların hamısı xilasedici gəmiyə təhvil verilib, lakin sonradan yaralanan bir ekipaj üzvü ölüb.
10 nəfər sahilə çıxarılıb, onlardan ikisinin vəziyyəti ağırdır, onlar xərəkdə Novorossiysk xəstəxanasına göndərilib.
Batan yük gəmisinin anbarında təxminən 3000 tona yaxın təbaşir və ya mərmər çipləri var idi, ekoloqların fikrincə, bu yük təbiət üçün təhlükə yaratmır.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər