22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Məktəbli qız dəm qazından zəhərlənib
Tarix: 21-02-2023 13:42 | Bölmə: Cəmiyyət

Sankt-Peterburqun gənc sakini vanna qəbul edərkən huşunu itirərək dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, İCR-nin regional şöbəsi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 12 yaşlı məktəbli Zaitsev küçəsindəki mənzildə huşunu itirib, anası hadisə yerinə həkimləri çağırıb, qızından uzun müddət cavab ala bilməyib. Hazırda qız artıq reanimasiyadan uşaq xəstəxanasına köçürülüb.
İlkin məlumatlara görə, zəhərlənməyə səbəb “qaz avadanlığının quraşdırılması və istismarı qaydalarının pozulması” olub, müstəntiqlər qaz su qızdırıcısını söküblər, lakin dəqiqləşdirməyiblər ki, hansı mənzildə – qızın yaşadığı evdə, yoxsa qonşularda, su qızdırıcısını kim səhv quraşdıra bilərdi.
Cinayət işinin başlanması barədə qərar kompleks ekspertizalardan sonra veriləcək.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər