22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Naməlum şəxslər məhkəmə və xəzinə işçilərini döyərək qarət ediblər
Tarix: 20-02-2023 23:46 | Bölmə: Cəmiyyət


Çerkessk vilayətinin istintaq orqanları bir qrup təxribatçının arbitraj məhkəməsinin və federal xəzinədarlığın əməkdaşlarına hücumundan sonra cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərərçəkənlər əmlaklarını itirib, ağır bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Regional istintaq idarəsinin məlumatına görə, fevralın 20-də beysbol dəyənəkləri və digər təhlükəli əşyalarla silahlanmış 4 respublika sakini Respublika Xəzinədarlığının KXR üzrə müavinini, KXR Arbitraj Məhkəməsinin hakimini və iki yerli sakini gün işığında Stavropolskaya küçəsində döyüblər.
Hücum edənlər zərərçəkmişləri soyaraq “VAZ” markalı avtomobillə naməlum istiqamətə qaçıblar. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Çerkessk şəhərinin İstintaq İdarəsi adam öldürməyə cəhd və quldurluq maddələri ilə cinayət işi açıb. Polis şübhəliləri axtarır. Müşahidə kamerasına düşən görüntülər öyrənilir.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər