Bütün xəbərlər
Doktor Lizaya abidə ucaldılacaq
Tarix: 20-02-2023 18:30 | Bölmə: Cəmiyyət


Yelizaveta Qlinkanın xatirəsi Moskvada əbədiləşdiriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, abidənin şəhərdə görünməsi barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, abidə may ayında paytaxtda ucaldılacaq.
"Biz hesab edirik ki, şəhər sakinləri və qonaqlar mayın əvvəlində abidəni görəcəklər. Əminəm ki, abidəyə gedən yol heç vaxt uzanmayacaq", - Volodinin sözləri parlamentin aşağı palatasının portalında sitat gətirilib.
Doktor Lizanın həyatı 2016-cı ilin dekabrında təyyarə qəzası nəticəsində faciəvi şəkildə qısalmışdı. Soçidən Suriyaya uçan təyyarə 2 dəqiqə sonra Qara dənizə düşüb. Hadisə nəticəsində 92 nəfər həlak olub.
Elizaveta Qlinka Ədalətli Yardım Fonduna rəhbərlik edirdi. Reanimatoloq xeyriyyə təşkilatlarının və hospislərin işində fəal iştirak etdi, Ukraynadakı silahlı münaqişə zamanı insanlara kömək edib.
Doktor Lizanın xatirəsinə Adlerin mərkəzində Mzımta çayının sahilində abidə ucaldılıb. Həmçinin Ufanın küçələrindən birinə və Novosibirskdə məktəbə fond rəhbərinin şərəfinə ad verilib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər