Bütün xəbərlər
Qız Belqorod kəndinin atəşə tutulması zamanı həlak olub
Tarix: 19-02-2023 21:26 | Bölmə: Cəmiyyət


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekin yaxınlığındakı sərhədyanı Novaya Tavoljanka kəndinin Ukrayna qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, atışmanın qurbanı mərmi gələn zaman küçədə olan qız olub. Rayon rəhbəri mərhumun kimliyi və yaşı ilə bağlı heç bir məlumat verməyib.
Novaya Tavoljanka son üç gün ərzində Ukrayna Silahlı Qüvvələrinin davamlı hücumuna məruz qalıb və yerli sakinlərə sığınacaqlarından çölə çıxmamaq tövsiyə olunub.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər