Bütün xəbərlər
Jirinovskinin oğlu polislə əlbəyaxa davadan sonra həbs edilib
Tarix: 16-02-2023 16:10 | Bölmə: Cəmiyyət


Bu yaxınlarda dünyasını dəyişən məşhur siyasətçi Vladimir Jirinovskinin oğlu Moskva restoranlarından birində baş verən davadan və onun polis idarəsində davam etməsindən sonra 15 sutka inzibati həbs alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Oleq Eydelşteynin inzibati həbsi ilə bağlı qərarı Moskvanın Tverskoy Məhkəməsi çıxarıb. Həmin şəxs xırda xuliqanlıq və dövlət məmurlarına tabe olmamaqda ittiham olunur.
RİA Novosti-nin məlumatına görə, Edelşteyn Moskvanın mərkəzindəki restoranlardan birində əlbəyaxa davanın iştirakçısı olub. Dava edən vətəndaş polis bölməsinə aparılıb və orada mühafizəçiləri təhqir edib və onlardan birini vurub.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb