Bütün xəbərlər
Barents dənizində qayığın batması nəticəsində itkin düşən balıqçılar axtarılır
Tarix: 16-02-2023 11:10 | Bölmə: Cəmiyyət


Murmansk vilayətində Barents dənizində qayığı batmış balıqçıların itkin düşməsi ilə bağlı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, balıqçıların öldüyü güman edilir.
Hadisə Polyarnı şəhəri yaxınlığında, Kislaya körfəzində baş verib. “Petrel 630” sürətli qayıqla 1982 və 1991-ci il təvəllüdlü iki nəfər balıq tutmaq üçün dənizə gedib.
“Qayığı idarə edən şəxs tərəfindən su obyektlərində gəmilərdən istifadənin müəyyən edilmiş qaydalarını pozması nəticəsində batmış, nəticədə qayıqda olan şəxslər həyatla bir araya sığmayan şəraitdə suda qalmışlar”. Bu barədə Rusiya İstintaq Komitəsinin Qərbi ICUT məlumat yayıb.
Faktla bağlı təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan insanların ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. İtkin düşən balıqçıların cəsədlərinin axtarışı davam edir.



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb