20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib
Tarix: 15-02-2023 19:50 | Bölmə: Cəmiyyət


    Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Qəmbər Məmmədovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. 
 Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
   İstintaqın gedişində Qəmbər Məmmədovun vəzifədə olduğu 2015-2022-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
  Toplanmış sübutlar əsasında Qəmbər Məmmədova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
  Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad rayon Məhkəməsinə göndərilib.




Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər