Bütün xəbərlər
Dənizdə buz parçasına ilişib qalan balıqçılara sahilə çıxmağa kömək edilib
Tarix: 15-02-2023 10:53 | Bölmə: Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və könüllüləri Saxalin adasında Oxot dənizi sahillərində qırılan buz parçasının üzərində qalmış 18 həvəskar balıqçını xilas ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mümkün itkilər barədə məlumat verilmir.
Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı çərşənbə günü növbətçi xidmətlərə məlumat daxil olub. Qrebenskoye kəndi yaxınlığındakı buz örtüyündən qopan buz parçasının üzərində demək olar ki, iyirmi balıqçı qurudan kəsildi.
Buzun qalınlığı təxminən 40 santimetr olub, balıqçıları sahildən təxminən yüz metr ayırıb. Köməyə 14 əməliyyat xidmətinin əməkdaşı və könüllülər, o cümlədən yeddi xüsusi texnika gəlib. Yerli vaxtla saat 12:30 radələrində çətinlikdə olan bütün balıqçılar sahilə çıxarılıb.



Baxış sayı: 215


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb