Bütün xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 300-ə yaxındır
Tarix: 06-02-2023 11:37 | Bölmə: Cəmiyyət

Bazar ertəsi Türkiyənin cənubunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha 2323 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Bu barədə vitse-prezident Fuat Oktay mətbuat konfransında bildirib.
“Reuters”in məlumatına görə, zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraş əyalətində 70, Osmaniye şəhərində 20, Şanlıurfada 18, Diyarbəkirdə 14, Adıyamanda 13 nəfər ölüb. Ölən və yaralananların axtarışları davam edir.
Bazar ertəsi səhər saatlarında Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 42 afterşok baş verib. Bundan əlavə, yeraltı təkanlar Suriyaya da təsir edib, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, burada iki yüzdən çox insan ölüb.


Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər