Bütün xəbərlər
Yakut kəndində uşaqlı ailə yanıb
Tarix: 26-01-2023 12:45 | Bölmə: Cəmiyyət

Yakutiyanın Maya kəndində fərdi yaşayış evində baş verən yanğın yerində biri uşaq olmaqla üç nəfərin meyiti tapılıb, istintaqa hazırlıq üzrə yoxlama aparılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla bağlı məlumat cümə axşamı səhər tezdən 112 xidmətinə daxil olub. Yanğınsöndürənlər gələnə kimi yanğın 42 kvadratmetr ərazini əhatə edib, qatı tüstü yaranıb. İdarədən əlavə ediblər ki, yanğının söndürülməsi aşağı temperatur və dam örtüyünün uçması səbəbindən çətinləşib.
Yanğın söndürüldükdən sonra 3 nəfərin - 27 yaşlı kişi, onun 22 yaşlı həyat yoldaşı və beş yaşlı qızının meyitlərinin parçaları tapılıb.
BQXK-nın rayon üzrə İstintaq Komitəsindən bildirildiyinə görə, hadisə ilə bağlı istintaq-əməliyyat tədbirləri təşkil edilib, cinayət işinin başlanması məsələsi həll edilir.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər