Bütün xəbərlər
Yeniyetmələr ibtidai sinif müəllimini döyüblər
Tarix: 23-01-2023 13:19 | Bölmə: Cəmiyyət


İstintaq Komitəsinin əməkdaşları bazar ertəsi, yanvarın 23-də Leninqrad vilayətinin Kirovsk şəhərində baş vermiş insidentin halları ilə bağlı istintaqdan əvvəlki yoxlamaya başlayıblar, deyə idarənin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, azyaşlı qızlar şəhər avtovağzalında olan ibtidai sinif müəllimi ilə mübahisə edib.
Bundan sonra yeniyetmələr qadını döyüblər. Mətbuatın məlumatına görə, hücum edənlər sərxoş vəziyyətdə ola bilər. Mübahisə zamanı onlar müəllimənin saçından tutub əlləri və ayaqları ilə ona bir neçə zərbə endiriblər.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər