Bütün xəbərlər
Iki uşağın ölümü ilə bağlı cinayət işi başlanıb
Tarix: 22-01-2023 10:00 | Bölmə: Cəmiyyət


Amur vilayətinin Belqorod rayonunda valideynləri valideynlik hüququ məhdudlaşdırıldıqdan sonra nənə və babası ilə birlikdə yaşayan iki uşaq yanğın nəticəsində ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb.
Pavlovka kəndində fərdi evdə yanğın yerli vaxtla səhər saat üç radələrində baş verib. Yanğın söndürüldükdən sonra 2008 və 2009-cu il təvəllüdlü iki ölmüş uşağın cəsədi tapılıb.
Uşaqların nənəsi yanıb, hazırda xəstəxanadadır. Onun həyat yoldaşı ciddi xəsarətlər və yanıqlar almayıb, çünki qəza zamanı başqa binada olub.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Yanğının səbəbləri və şəraiti hələlik ekspertlər tərəfindən müəyyən edilməyib.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər