Bütün xəbərlər
Başqırdıstanda itin hücumu nəticəsində qız ağır yaralanıb
Tarix: 16-01-2023 22:59 | Bölmə: Cəmiyyət


Başqırdıstanda itin uşağa hücumundan sonra ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb, bu barədə bazar ertəsi, yanvarın 16-da İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, İqlinski rayonunun Tavtimanovo kəndində 10 yaşlı qız rəfiqəsinə baş çəkməyə gəlib.
Fərdi təsərrüfat ərazisinə daxil olarkən ona ağızlıqsız gəzən və bağı olmayan it hücum edib.
Müstəntiqlər zərərçəkmişi, onun valideynlərini, it sahiblərini və digər hadisə şahidlərini dindirməli, yeniyetmənin məhkəmə-tibbi ekspertizasından keçirməli olacaqlar”, - deyə idarədən bildirilib.
Proses zamanı heyvan sahiblərinin hərəkətlərinə hüquqi qiymət veriləcəyi vurğulanır.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər