Bütün xəbərlər
Naməlum şəxslər Londonun mərkəzində atışma təşkil ediblər
Tarix: 14-01-2023 22:20 | Bölmə: Cəmiyyət


Yanvarın 14-də günorta saatlarında naməlum şəxslər Londonun mərkəzində insanlara atəş açıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üç qadın və bir uşaq güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
"Skotland Yardın" məlumatına görə, atışma Euston stansiyası yaxınlığındakı kilsənin yanında küçədə hərəkətdə olan avtomobildən həyata keçirilib. Bu zaman kilsədə dəfn mərasimi gedirdi.
Atıcılar hadisə yerindən qaçıblar. İndiyədək bu cinayəti törətməkdə şübhəli bilinən heç kim həbs olunmayıb.
"Çox sayda polis əməkdaşı hadisə yerindədir. Faktla bağlı əməliyyat araşdırması aparılır, hadisənin baş vermə şəraiti hələ də dəqiqləşdirilir", - polis idarəsi "Twitter" səhifəsində yazıb.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər