22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rumıniyanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Ukrayna müzakirəsi zamanı yuxuya gedib
Tarix: 14-01-2023 21:01 | Bölmə: Cəmiyyət

Rumıniyanın kənd təsərrüfatı naziri Petre Dea respublika telekanalı Antena 3-ün canlı yayımı zamanı yuxuya gedib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, telefonla jurnalistlərin suallarını cavablandırıb. Bir anda teleaparıcı ondan rumıniyalı fermerlərin düşdüyü vəziyyəti şərh etməyi xahiş etdi - Ukrayna münaqişəsinə görə onları iflas təhlükəsi gözləyir. Ancaq şərh yerinə borudan xoruldama gəldi.
Jurnalist Deanı oyatmağa çalışsa da, nəticəsiz qalıb. Onun geri zəng edib söhbəti bitirəcəyinə söz verməkdən başqa çarəsi yox idi. Studiyadakı qonaqlar öz gülüşlərini saxlaya bilməyiblər.
Nazir hadisəyə hələ də münasibət bildirməyib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər