22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Moldova Daxili İşlər Nazirliyi Ukrayna ilə sərhəddə raket parçalarının düşməsi barədə məlumat yayıb
Tarix: 14-01-2023 19:54 | Bölmə: Cəmiyyət

Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə yerləşən "Larqa" keçid məntəqəsi yaxınlığında raket parçaları aşkar ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə öz sosial şəbəkələrində respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə barədə dərhal xilasedicilərə və Briceni rayon prokurorluğuna məlumat verilib.
Nazirlik aydınlaşdırıb ki, bununla əlaqədar olaraq sərhəd zonasında hava məkanına nəzarət edən və perimetrin mühafizəsini təmin edən polis patrullarının sayı artırılıb.
Qeyd edək ki, Moldovanın Ukrayna ilə həmsərhəd rayonlarına raket qırıntılarının düşməsi ilk dəfə deyil.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər