22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Polis boğulan körpənin köməyinə gəlib
Tarix: 13-01-2023 13:57 | Bölmə: Cəmiyyət


Polis əməkdaşları səhhəti pisləşən uşağı təcili olaraq xəstəxanaya çatdırıblar, bu barədə cümə günü, yanvarın 13-də Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kişi Krasnoyarsk küçələrində növbətçilik edən yol polisi müfəttişləri leytenantlar Vadim Krapivin və Vitali Efremenkoya üz tutaraq ondan nədənsə boğulan və çətinliklə nəfəs alan uşağına kömək etməsini xahiş edib.
"Vəziyyəti dərhal qiymətləndirərək... təyinat yerinə daha tez çatmaq üçün ana və uşağı patrul maşınına köçürməyi təklif ediblər", - nazirliyin məlumatında deyilir.
Polis tez bir zamanda uşağı tibb müəssisəsinə çatdırıb və ona ixtisaslı yardım göstərilib.
Xoşbəxtlikdən körpə vaxtında uşaq cərrahiyyəsi şöbəsinə çatdırılıb və hadisə onun səhhətinə təsir etməyib.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər