22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Özlərini polis kimi təqdim edən cinayətkarlar uşaqları qarət ediblər
Tarix: 12-01-2023 13:10 | Bölmə: Cəmiyyət

Moskvanın Orexovı bulvarında 4-14 yaşlarında üç uşağın olduğu mənzil özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən təkrar cinayətkarlar tərəfindən qarət edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş 35 və 38 yaşlı şəxslər narkotik axtarışında iştirak etdiklərini deyərək polis adı altında yaşayış binasına daxil olublar.
Bu zaman evdə iki yaşlı qadın da olub, lakin onlar baş verənlərə heç bir təsir göstərməyiblər, azyaşlıların anası orada olub.
"Qızlardan biri tanımadığı şəxsləri görərək valideynlərinə zəng edib və onun xahişi ilə telefonu gələn kişilərdən birinə verib. Onunla söhbət etdikdən sonra uşağın anası "112" xidməti vasitəsilə polisə müraciət edib", - nazirlikdən bildirilib.
Bu vaxt cinayətkarlar mənzildən tapılan uşaqların mobil telefonlarını, bank kartlarını və pasportlarını götürərək qaçıblar.
Bir müddət sonra soyğunçular əsl polislər tərəfindən aşkar edilərək saxlanılıb, indi təqsirləndirilən şəxslərə qarşı quldurluq maddəsi ilə cinayət işi başlanıb, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər