22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Biznesmen Boris Zimin axtarışa verilib
Tarix: 09-01-2023 12:44 | Bölmə: Cəmiyyət

Daxili İşlər Nazirliyi iş adamı və ictimai xadim Boris Zimini (xarici agent kimi tanınan) federal axtarışa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"24 noyabr 1968-ci il təvəllüdlü,Zimin Boris Dmitrieviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - sənəddə deyilir.
Eyni zamanda, axtarışın hansı maddə ilə aparıldığı açıqlanmır.
Boris Zimin "VimpelCom"-un yaradıcısı Dmitri Ziminin oğludur. 2011-ci ildən Boris Zimin müxalifət lideri Aleksey Navalnıya sponsorluq edir, o cümlədən 2021-ci ildə zəhərləndikdən sonra alman klinikalarından birində müalicəsini ödəyir. İş adamı 2004-cü ildən Rusiyada yaşamır, 2020-ci ildə İsrailə köçüb.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər