22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Kerç boğazında bərə hərəkəti bərpa edilib
Tarix: 07-01-2023 12:24 | Bölmə: Cəmiyyət


Krasnodar diyarı ilə Krım arasındakı bərə hərəkəti ərəfəsində dayandırılan bərə şənbə günü səhər saatlarında bərpa edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Cümə günü hava şəraiti ilə əlaqədar keçidin fəaliyyəti dayandırılıb.
Ötən gün Krasnodar diyarına sulu qarla müşayiət olunan güclü yağış yağıb, küləyin sürəti saniyədə 20-23 metrə çatıb.
Daha əvvəl bildirilmişdi ki, oktyabrın 8-də baş vermiş partlayış nəticəsində zədələnmiş Krım körpüsündə yeni avtomobil zolağının sürüşməsinə hazırlıq işlərinə başlanılıb.
Yolun ən çox zədələnmiş sağ hissəsi 56 gün ərzində bərpa edilib və dekabrın 7-də həmin hissədə hərəkət açılıb. Bundan sonra inşaatçılar yolun sol tərəfini götürüblər.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər