22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Vəziyyəti kritikdir. NFL oyunçusunun ürəyi oyun zamanı dayanıb
Tarix: 03-01-2023 17:17 | Bölmə: Cəmiyyət

"Cincinnati Bengals" və "Buffalo Bills" arasında keçirilən Milli Futbol Liqası oyunu matçın iştirakçılarından birində ürək dayanması səbəbindən yarımçıq qalmış və daha sonra təxirə salınmışdı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət “Buffalo”nun 24 yaşlı futbolçusu Damar Hamlindən gedir.
Oyun zamanı rəqib futbolçu ilə təmasda olub, bundan sonra o, qazonda huşunu itirib. Qarşılaşma dayandırılıb, həkim briqadası idmançıya yardım göstərməyə başlayıb. Ona yerindəcə ürək-ağciyər reanimasiyası aparılıb.
Bundan sonra Hamlin xəstəxanaya yerləşdirilib və hər iki komandanın futbolçuları meydanı tərk edərək görüşü davam etdirməyiblər. Daha sonra NFL rəsmi olaraq təxirə salındığını elan etdi. Liqada həmçinin qeyd olunub ki, futbolçunun vəziyyəti xəstəxana işçiləri tərəfindən kritik qiymətləndirilir.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər