Bütün xəbərlər
MADI müfəttişi bıçaqlanaraq öldürülüb
Tarix: 01-01-2023 11:54 | Bölmə: Cəmiyyət


Moskva İnzibati Yol Müfəttişliyinin (MADİ) əməkdaşı aqressiv sürücünün qurbanı olub, Moskva prokurorluğu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,qətl dekabrın 31-də saat 18:20 radələrində Moskvoretskaya sahilində, müfəttiş körpünün yaxınlığında dayanmış avtomobilləri lentə alarkən törədilib. Ona 28 yaşlı avtomobil sahibi yaxınlaşıb və məlumatların ötürülməməsini tələb edib. Qısa söhbətdən sonra təcavüzkar bıçağı çıxararaq 16-ya yaxın zərbə endirib.
Həkimlər gələn zaman zərərçəkmiş ölmüşdü, şübhəli şəxs tez bir zamanda Milli Qvardiya tərəfindən saxlanılıb. Gənci nəyin ağır cinayətə sövq etdiyi məlum deyil.
2014-cü ildən MADI-də çalışan mərhumun həyat yoldaşı və iki övladı var.




Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb