20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Fövqəladə Hallar Nazirliyinin generalı xəsarət alıb
Tarix: 28-12-2022 21:36 | Bölmə: Cəmiyyət

Rusiya Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşı çərşənbə günü, dekabrın 28-də Moskvada baş vermiş insident nəticəsində xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,əvvəllər xəbər verildiyi kimi, Fili-Davydkovo ərazisində İnitiativnaya küçəsində nəhəng buzlaq yoldan keçən birinin üzərinə düşüb - bu an müşahidə kameraları tərəfindən lentə alınıb.
Moskva prokurorluğunun məlumatına görə, zərərçəkən sağ qalıb və xəstəxanaya yerləşdirilib, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İdarə general-leytenant Anatoli Yelizarovun yaralandığını təsdiqləyib. TASS Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, əməliyyat olunub və hazırda huşu özünə gəlib.



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər