22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Məhkəmə Perm Universitetində atışma ilə bağlı hökm çıxarır
Tarix: 28-12-2022 11:14 | Bölmə: Cəmiyyət


Perm məhkəməsi Perm Dövlət Universitetində 6 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən atışmada təqsirli bilinən Timur Bekmansurova hökm oxumağa başlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,keçmiş universitet tələbəsi Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayətlərdə ittiham olunur: adam öldürmə, adam öldürməyə cəhd, özgənin əmlakını qəsdən məhv etmə və təhlükəsizlik işçisinin həyatına qəsd. Dövlət ittihamçısı bir müddət əvvəl Timur Bekmansurova ömürlük həbs cəzası istəyib.
Perm Dövlət Universitetində faciə 2021-ci ilin sentyabrında baş verib. Timur Bekmansurov ov tüfəngi ilə silahlanmış universitetin ərazisinə daxil olub.
Əvvəlcə maşınlara atəş açıb, daha sonra binalardan birinə daxil olaraq insanlara atəş açıb. Hücum nəticəsində 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər