22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Turist 60 metrlik uçurumdan yıxılaraq sağ qalıb
Tarix: 26-12-2022 21:04 | Bölmə: Cəmiyyət


"Los Angeles Times"-a görə, Koloradodan olan Rut Voronetski dekabrın 24-də ikinci doğum gününü qeyd edə bilər, çünki o, həmin gün Kaliforniyanın San Qabriel dağlarında 60 metr hündürlükdən yıxılaraq möcüzəvi şəkildə sağ qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,şənbə günü səhər tezdən, 40 yaşlı səyahətçi Kukamonqa zirvəsini fəth etmək ümidi ilə Little Creekdəki düşərgəni tərk etdi. Yolda buzun üzərində sürüşüb, yıxılıb uçuruma düşüb. Xoşbəxtlikdən paltarını ağacın budaqlarına tutaraq həyatını xilas etdi.
Xilasediciləri həmin marşrut üzrə hərəkət edən alpinist çağırsa da, güclü külək qurbanı dərhal çıxarmağa imkan verməyib. Nəticədə bir neçə saatdan sonra Voronetski vertolyotla xilas edilərək xəstəxanaya çatdırılıb. Zərərçəkənin vəziyyəti ilə bağlı məlumat yoxdur.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər