Bütün xəbərlər
Təqaüdçü qonşunun başını kəsib
Tarix: 25-12-2022 16:34 | Bölmə: Cəmiyyət


TFR-nin regional şöbəsi xəbər verir ki, Leninqrad vilayətinin Tixvin şəhərindən olan, psixiatrda qeydiyyatda olan təqaüdçü 43 yaşlı qonşusunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,cinayət dekabrın 22-də günorta saatlarında Maşinostroiteley küçəsindəki evdə törədilib. Bir neçə saat əvvəl qadın 66 yaşlı qonşuya irad bildirsə də, o, kin saxlayıb. Nəticədə təcavüzkar girişdə qurbanını gözləyib, yumruqları və çubuqla döyüb, sonra onu mənzilə sürüyərək başına balta qaldırıb.
Qışqırıqlardan təşvişə düşən qonşular mühafizəçiləri çağırsalar da, onlar gələnə qədər qadın ölmüşdü. Dindirilmə zamanı şübhəli şəxs, "LenTV24"-ün məlumatına görə, əməlini etiraf edib, lakin mərhumun onu daim izlədiyini və infarkt keçirtmək istədiyini bildirib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər