Bütün xəbərlər
19 yaşlı dayə iki uşağın ölümündə günahlandırılıb
Tarix: 25-12-2022 16:23 | Bölmə: Cəmiyyət

Novosibirskdə yanğın baş verən mənzildə iki azyaşlı uşağı nəzarətsiz qoyduğu üçün 19 yaşlı dayə nəzarətə götürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,müstəntiqlər müəyyən ediblər ki, qız dekabrın 14-dən daimi iki yaşlı oğlan və bir yaşlı qız olmaqla iki uşaq üçün dayə işləyir. Dekabrın 20-də günorta onları uzun müddət tək qoyub. O, getdikdən sonra mənzildə yanğın və güclü tüstü baş verib, nəticədə uşaqlar boğulub.
Vilayət prokurorluğundan verilən məlumata görə, qız ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunub.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər