Bütün xəbərlər
Gecə klubunda yanğın baş verib
Tarix: 25-12-2022 09:57 | Bölmə: Cəmiyyət

Bazar günü gecə Vladivostokda "Unikal" gecə klubunda yanğın baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,yanğın ziyarətçilər tərəfindən tez bir zamanda söndürülüb. Hadisənin başvermə şəraiti prokurorluq və polis tərəfindən araşdırılır, yoxlamalar aparılır.
Regional nəzarət qurumundan verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsinə cəlb olunmayıb, yanğınla bağlı məlumat səlahiyyətli orqanlara daxil olmayıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Gecə klubunun daxilində yanğın dekabrın 25-nə keçən gecə canlı şənlik zamanı baş verib. Bəzi məlumatlara görə, tavandakı yanğına səbəb şam-atəşfəşanlıq ola bilər. Sosial şəbəkələrdə yayılan kadrlarda yanğının otağın tavanı boyunca sürətlə yayılmağa başladığı, lakin onlar öz gücləri ilə onu tez bir zamanda söndürə bildiklərini göstərir. Eyni zamanda qonaqlar müvəqqəti olaraq çölə çıxarılıb.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər