22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Pakistanın paytaxtında taksi sürücüsü polisləri partladıb, ölən və yaralananlar var
Tarix: 23-12-2022 11:24 | Bölmə: Cəmiyyət


Cümə günü, dekabrın 23-də Pakistanın paytaxtı İslamabadda partlayıcı qurğu işə düşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,ilkin məlumata görə, terror aktından danışmaq olar.
TASS-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, şəhərin cənub-qərb hissəsində hüquq-mühafizə orqanlarının əməkdaşları onlara şübhəli görünən taksi avtomobilini yoxlamağa cəhd ediblər.
Bu zaman asayiş keşikçilərindən biri nəqliyyat vasitəsinə yaxınlaşanda partlayış səsi eşidilib. Qeyd olunur ki, sükan arxasında kamikadze ola bilər.
Hazırda bir polisin öldüyü, onun üç həmkarının yaralandığı məlum olub.
Hazırda hadisənin baş verdiyi məhəllə mühasirəyə alınıb, istintaq hərəkətləri aparılır.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər