Bütün xəbərlər
Roqozin köməkçisinin ölümünü elan edib
Tarix: 23-12-2022 00:03 | Bölmə: Cəmiyyət


Donetskdə yaralanan hərbi məsləhətçilər qrupunun və “Çar canavarları” elmi-texniki mərkəzinin rəhbəri, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin bildirib ki, onun köməkçisi, “Alfa” bölməsinin keçmiş xüsusi təyinatlı əsgəri, Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması zamanı həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Roqozinin “RİA Novosti” agentliyinə dediyinə görə, atəş zamanı təəssüf ki, mənim köməkçim və döyüş yoldaşım Mixail Bridasov həlak olub.
Onun sözlərinə görə, məsləhətçilər qrupundan daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan üçünün vəziyyəti ağırdır.
Roqozin bir qrup hərbi ekspertlə dekabrın 21-də axşam saatlarında Ukraynanın atəşinə tutulan Donetskdə oteldə olub. O, yaralanıb - onurğa nahiyəsinə bir sursat parçası ilişib. Roqozin Rostov-na-Donudakı xəstəxanaya köçürülüb. Özünü yaxşı hiss edir.
DXR hökumətinin başçısı Vitali Xotsenko da yaralanıb. O, özünü daha yaxşı hiss edir və artıq işə qayıdır. Qorlovka meri İvan Prixodko partlayışlar zamanı mərmi şoku keçirərək xəstəxanaya aparılıb.
Hadisənin bütün şəraiti Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən araşdırılır.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb