Bütün xəbərlər
Raketin bir hissəsi Rostov vilayətinə düşüb
Tarix: 22-12-2022 12:01 | Bölmə: Cəmiyyət


Ötən çərşənbə axşamı Rostov vilayətində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,əvvəllər xəbər verildiyi kimi, sosial şəbəkələrdə Konstantinovski rayonu üzərində səmada partlayışın baş verdiyi, ardınca bəzi dağıntıların yerə düşdüyü və yerli sakinlər tərəfindən tutulduğu barədə məlumat yayılıb.
Məlum oldu ki, söhbət raketin reaktiv mühərrikinin yuxarı pilləsindən gedir.
RİA Novosti-nin regional hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, tapıntı qalan yanacaqla birlikdə məhv edilib – ekspertlər bloku yerində partladıblar.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Raketin növü və mənsubiyyəti, eləcə də istifadə şərtləri hələlik dəqiqləşdirilməyib.



Baxış sayı: 252


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb