Bütün xəbərlər
Krım körpüsünü bərpa edən inşaatçılar mükafatlandırılacaq
Tarix: 06-12-2022 00:29 | Bölmə: Cəmiyyət


Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Marat Xusnullinin terror aktından sonra zədələnmiş Krım körpüsünü qısa müddətdə bərpa edən inşaatçıları mükafatlandırmaq ideyası ilə razılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Xusnullin öz növbəsində Krım körpüsünün yol hissəsinin sol hissəsinin təmirinin gələn il martın sonunda başa çatdırılacağını vəd edib.
“Rossiya 24” telekanalı xəbər verir ki, Putin həmçinin Krım körpüsündə zədələnmiş dəmir yolu xəttinin yay mövsümünün ortalarına qədər bərpa olunacağına ümid etdiyini bildirib.
Dövlət başçısı dekabrın 5-də Krım körpüsündə olub. Onun mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin baş nazirin müavini Xusnullinin körpüdəki işlərlə bağlı izahatlarını dinləyib, həmçinin işçilərlə söhbət edib.
Prezident Krım körpüsünə mümkün yeni hücumlarla bağlı Kiyevdən təhdidlərin səslənməkdə davam etdiyini xatırladıb və Krımı ölkənin qalan hissəsi ilə birləşdirən quru yolun əhəmiyyətinə işarə edib.


Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər