Bütün xəbərlər
Semeru vulkanının püskürməsi səbəbindən İndoneziya əhalisi təxliyə edilib
Tarix: 05-12-2022 00:08 | Bölmə: Cəmiyyət


İndoneziya hakimiyyəti Şərqi Yava əyalətində Lumacanqda Semeru vulkanının püskürməsi ilə əlaqədar xəbərdarlıq səviyyəsini maksimuma qaldırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,vulkana bitişik ərazilərdə insanların təxliyəsinə başlanılıb.
Cakartadan təxminən 640 kilometr şərqdə Yavanın şərqində vulkan püskürməsi adanın qərbində baş verən silsilə zəlzələlərdən sonra, o cümlədən keçən ay 300-dən çox insanın ölümünə səbəb olan zəlzələlərdən sonra baş verib.
İnsanların təxliyyəsinə mane olmamaq üçün bu gün səhər saatlarından etibarən Semeru ərazisində əksər yollar bağlanıb. İndi vulkan külü yağır və dağın mənzərəsini kəsib. Püskürməni izləyən Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, sunami təhlükəsi var.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər