Bütün xəbərlər
Səs-küylü sürücülər üçün cərimələr haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edildi
Tarix: 30-11-2022 11:19 | Bölmə: Cəmiyyət


Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov Teleqram-kanalında bildirib ki, gecə vaxtı sükutu pozan sürücülərin cərimələnməsi ilə bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,sənəddə Rusiya Federasiyasının subyektlərinə avtomobillərdən və ya motosikletlərdən istifadə edən vətəndaşların asayişinin pozulmasına görə birbaşa inzibati məsuliyyət müəyyən etmək hüququnun verilməsi təklif edilir.
Şapoşnikovun sözlərinə görə, bu problem təkcə böyük şəhərlər üçün aktual deyil. Səs-küyün səviyyəsini ölçmək üçün vasitələrlə təchiz edilmiş xüsusi kameraların köməyi ilə qanun pozucularının tutulması nəzərdə tutulur.
Paytaxt deputatları noyabrın 23-də keçirilən plenar iclasda qanun layihəsinə gecə sükutu pozan sürücülərin cərimələnməsini nəzərdə tutan dəyişikliyi dəstəkləyiblər. Bölgədən asılı olaraq 5 mindən 30 min rubla qədər olan məbləğlərdən danışılır.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər