Bütün xəbərlər
Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən şəxs digər tanışını zorladığını etiraf edib
Tarix: 25-11-2022 07:10 | Bölmə: Cəmiyyət


Moskvanın Elninskaya küçəsində yerləşən yaşayış binasının həyətində taksi sürücüsünü qətlə yetirən şəxsin əməlinin üstü açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,təqsirləndirilən şəxsin etirafına görə, o, Qırğızıstandan gələn sürücünü metronun “Molodejnaya” stansiyasının yaxınlığında təhlükəsizlik kəməri ilə boğub, ondan 5 min rubl nağd pul və bank kartını oğurlayıb. 21 yanvar 2023-cü il tarixinə qədər məhkəmə qərarı ilə həbs edilən qətl şübhəlisi başqa bir ifadə vermişdi.
O, etiraf edib ki, taksi sürücüsünün qətlindən dərhal sonra internetdə tanış olduğu qızın yanına gedib. O, noyabrın 21-də yeni tanışının mənzilində qıza zor tətbiq edərək, onu öldürməklə hədələyib. Rusiya İstintaq Komitəsinin Moskva baş idarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib ki, zorlamadan sonra taksi sürücüsünün qatili zorlama qurbanının mobil telefonunu və pulunu özü ilə aparıb.
Müstəntiqlər “qəsdən adam öldürmə” və “quldurluq” maddələri ilə cinayət törətmiş şəxsin cinayət işini Rusiya Cinayət Məcəlləsinin 131 (“Zorlama”) və 162-ci (“Soyğunçuluq”) maddələri ilə ittihamlarla tamamlayıblar.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər