Bütün xəbərlər
4 yaşlı qız gecə saatlarında evdən çıxıb və donaraq ölüb
Tarix: 23-11-2022 11:08 | Bölmə: Cəmiyyət

Buryatiyada müstəntiqlər gecə saatlarında yüngül paltarda evdən xəbərsiz çıxan və bir neçə saat soyuqda qalan 4 yaşlı qızın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,BQXK-nın Respublika İstintaq İdarəsindən bildirildiyinə görə, uşaq kiçik bir kənddə çoxuşaqlı ailədə yaşayıb və orada beş uşaq böyüyüb. Atası növbə ilə işləyib və faciə zamanı evdə olmayıb.
İlkin məlumata görə, noyabrın 21-i axşam saatlarında ana uşaqları yatızdırıb və qonşu otaqda özü yuxuya gedib. Səhər saat 02:00 radələrində o, körpələri yoxlamaq üçün oyanıb və dörd yaşlı qızının itdiyini görüb. Qadın böyük uşaqları oyadıb və onlarla birlikdə axtarışa çıxıb. Bir az sonra qonşular və digər yerli sakinlər də onlara qoşulublar.
İtkin düşən qız sübh çağı tapılıb - o, evlərdən birinin hasarının yanında yüngül demi-mövsüm pencək, paltar və çəkmələrdə yatıb. Hipotermiya əlamətləri ilə polis onu xəstəxanaya aparıb, lakin uşaq yolda ölüb. Faktla bağlı cinayət işi başlanıb, prokurorluq araşdırma aparır.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər