Bütün xəbərlər
Virciniya ştatındakı "Walmart"-da atışma olub
Tarix: 23-11-2022 11:02 | Bölmə: Cəmiyyət

CNN xəbər verir ki, Virciniya ştatının Çesapik şəhərindəki "Walmart" mağazasında naməlum şəxs insanlara atəş açıb, bir neçə nəfər ölüb və yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Daily Star"-ın məlumatına görə, hadisə çərşənbə axşamı axşam saatlarında baş verib. İlkin məlumata görə, atəş açan şəxs mağazanın meneceri olub. O, fasilə otağına daxil olaraq qadını başından vurub, bundan sonra bir neçə əməkdaşı qətlə yetirib. Hüquq mühafizəçiləri hesab edirlər ki, həmkarlarının edamından sonra həmin şəxs intihar edib. Cinayətin motivləri barədə məlumat verilmir.
Qurbanların dəqiq sayı barədə məlumat yoxdur. Polis hələlik qurbanların dəqiq sayını deyə bilməsə də, 10-dan az olduğu güman olunur.
Hadisə yerində araşdırmalar davam edir.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər